Ermənistanda seçkilər təxirə salınacaq

Ermənistanda seçkilər təxirə salınacaq
  01 Fevral 2013    Oxunub:1808
Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı törədilmiş sui-qəsd səbəbindən ölkədə prezident seçkiləri təxirə salına bilər.
“RİA Novosti”-nin məlumatına görə bu barədə Ermənistan televiziyası parlamentinin sədri Ovik Abramyana istinadən məlumat verib.

Ermənistanın Konstitusiyasına əsasən, prezidentliyə namizədlərdən hər-hansı birinə aradan qaldırılması mümkün olmayan maneələr yarandıqda ölkədə prezident seçkiləri iki həftə müddətinə təxirə salınmalıdır.

Xəstəxanadan verilən məlumata görə, siyasətçinin vəziyyəti stabildir və onun həyatı üçün təhlükə yoxdur. Ermənistan parlamentinin sədri Ovik Abramyan bunu təsdiqləyib və qeyd edib ki, o şəxsən Ayrikyanla xəstəxanada söhbət edib.

Ovik Abramyan Ayrikyana qarşı törədilən sui-qəsdi Ermənistan dövlətçiliyinə qarşı cinayət adlandırıb. Ermənistan parlamentinin sədrinin sözlərinə görə, Ayrikyan ona iki dəfə atəş açıldığını bildirib.

“İTAR-TASS”ın xəbərinə görə, ilkin məlumata əsasən, Paruyr Ayrikyan avtomobilindən çıxarkən ona arxadan iki dəfə atəş açılıb. Güllələrdən biri onun sağ körpücük sümüyünə dəyib, ikinci gülləni isə polis hadisə yerində aşkar edib. Gilizlər hadisə yerində aşkar olunmayıb, bu da onu deməyə əsas verir ki, cinayətkar “Naqan” tipli tapançadan istifadə edib.

Fakt üzrə cinayət işi açılıb. İlkin araşdırmanı Milli Təhlükəsizlik Xidmətinin və Polisin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu aparır.


Teqlər:





Xəbər lenti