“Real Madrid” gecəsi - VİDEO

  27 Fevral 2013    Oxunub : 593
“Real Madrid” gecəsi - VİDEO
Bu gün İspaniyada “Kral kuboku”nun yarımfinal mərhələsinin cavab oyunları baş tutub.
İlk oyun günündə əzəli rəqiblər – “Barselona” ilə “Real” üz-üzə gəlib.
Komandaların Madriddəki ilk görüşü 1:1 hesabı ilə başa çatdığından “Barselona”nı finala çıxmaq üçün 0:0 hesablı heç-heçə də qane edirdi. Amma oyunu yüksək səviyyədə keçirən "Real" "Nou-Kamp"da rəqibinin qapısına üç qol vuraraq finala çıxıb. "Barsa" isə bu qollardan birinin əvəzini yalnız matçın sonlarında çıxa bilib.

"Barselona" - "Real" (Madrid) - 1:3
Qollar: Ronaldo, 13-pen, (0:1), 56, (0:2), Varan, 68, (0:3), Alba, 89 (1:3)


Teqlər: