`Qarabağ münaqişəsi çox mürəkkəbdir` - Amerikalı general
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyu (Darren McDew) Bakıda keçirdiyi brifinqdə deyib.
MakDyu ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilən sülh danışıqlarına münasibətini bildirib: "Düşünürəm ki, münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri zaman ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək".
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


