İsmayıllı zəlzələdən sonra - Video

İsmayıllı zəlzələdən sonra - Video
  14 Dekabr 2016    Oxunub:2781
Bu gün gecə saatlarında İsmayıllı rayonu ərazisində ard-arda iki dəfə zəlzələ qeydə alınıb.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, yeraltı təkanlar rayonun Lahıc, Basqal, Təzəkənd, Namazgah, Əhən, Diyallı, Tircan, eləcə də İsmayıllının şimal-şərqindəki dağlıq ərazilərdə yerləşən başqa yaşayış məntəqələrində daha çox hiss olunub.

Zəlzələ baş verən zaman insanlar yatmış olsa da, yer silkələnməsi səbəbindən qorxaraq evlərini tərk edən, həkimə müraciət edənlər də olub. Bəzi evlərdə kiçik çatlar yaranıb. Torpaq sürüşməsinin aktiv olduğu kəndlərdə isə zəlzələnin fəsadları daha çox hiss olunub, sürüşmə zamanı bəzi tikililərdə yaranmış çatlar zəlzələnin təsirindən daha da böyüyüb. Təkcə Diyallı kəndində 7 mənzilə ziyan dəyib.

Kənd sakini Sərvər Qinyətov bildirib ki, evində güclü sirkələnmə olub: “Uşaqları götürüb həyətə çıxdıq ki, yəqin ev uçar”.

İsmayıllı rayon fövqəladə hallar komissiyasından bildirilib ki, ev və yardımçı tikililərdə, hasarlarda xırda çatlar əmələ gəlsə də dağıntı və tələfat qeydə alınmayıb. Zəlzələnin fəsadları ilə bağlı komissiya tərəfindən araşdırma aparılacaq.

Respublika seysmoloji xidmət mərkəzindən isə bildirilib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır. Ümumiyyətlə isə, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.



AzVision.az


Teqlər:





Xəbər lenti