Ruslar onu prezident görmək istəyir
Ənənəvi olaraq "Levada-sentr" 15-18 fevral tarixində ölkədə sorğu aparıb. Ekspertlər hesab edirlər ki, Rusiya müdafiə nazirinin özünü "mühafizəkar sərt siyasətçi" kimi göstərmək şansı var. Lakin ekspertlər hələlik buna heç bir gərək olmadığını da hesab edirlər. Çünki Vladimir Putinin növbəti prezident seçkilərindən imtina etməsilə bağlı əsas yoxdur.
Sorğunun nəticələrinə görə, Vladimir Putin 32%-lə birinci olub. İkinci sırada 8%-lə Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov, 3-cü yerləri "Vətəndaş platforması"nın lideri Mixail Proxorov və LDRP lideri Vladimir Jirinovski 4% səslə bölüşüblər.
Sonrakı yerlərdə müvafiq olaraq müdafiə naziri Sergey Şoyqu (3,5 faiz), 5-ci yerdə isə baş nazir Dmitri Medvedev (2 faiz) qərarlaşıb.