54 yaşlı kişi faciəvi şəkildə ölüb

54 yaşlı kişi faciəvi şəkildə ölüb
  02 Dekabr 2016    Oxunub:1578
Şəkidə 54 yaşlı kişi traktorun qoşqusunun altında qalaraq ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Şəki rayon sakini, 1962-ci il təvəllüdlü Asim İspəndiyar oğlu Mustafazadə idarə etdiyi qoşqulu traktorla tullantıların atılması üçün ayrılmış xüsusi ərazidə zibil boşaldan zaman qoşquda nasazlıq yaranıb. Asim Mustafazadə yaranan nasazlığı aradan qaldırmağa çalışarkən qoşqu qəfildən sürətlə enib və A.Mustafazadənin başını əzib. Nəticədə o faciəvi şəkildə hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti