Erməni xaçı Fransada böyük qalmaqala səbəb oldu - Video

Erməni xaçı Fransada böyük qalmaqala səbəb oldu - Video
  29 Noyabr 2016    Oxunub:7849
Fransa parlamentində “Xalq hərəkatı üçün Birlik” partiyasını təmsil edən deputat Fransa Fiyonun mətbuat katibi, Marsel şəhərinin vitse-meri Valeri Buaye “France 2” telekanalında müsahibə zamanı ermən xaçı ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib.

AzVision.az “Le Figaro”-ya istinadən xəbər verir ki, Valeri Buayenin insanların narazılığına səbəb olan erməni xaçı qondarma “erməni soyqırımı”nın tanınması üzrə mübarizənin simvoludur.

“Mən heç vaxt öz xaçımı çıxartmıram. O, həmişə - mən yatanda, yuyunanda mənimlə olur. (“Huffington Post” nəşri yazır ki, “France 2” telekanalına müsahibədən bir müddət sonra Valeri “BFMTV” telekanalında xaçsız görüntülənib-red). Siz mənim bütün fotolarıma baxa bilərsiniz, Hər yerdə xaçlayam. Mən bununla bağlı hər hansı bir açıqlamanın verilməli olduğunu düşünmürəm. Xaç təzyiq metodu deyil”, - deyə Valeri Buaye bildirib.

Qedy edək ki, Fransada sağçılar və mərkəzçilərin paymerizində qalib gələn Fransa Fiyonun mətbuat katibi Valeri Buaye “France 2”telekanalında Fiyonun qələbəsini şərh etmək üçün verilişə dəvət olunub. Xəbərlərin axşam buraxılışında efirə çıxan Buayenin erməni xaçı sosial şəbəkələrdə böyük söz-söhbətə səbəb olub. Belə ki, Fransa qanunvericiliyinə əsasən dini simvolların açıq şəkildə nümayiş olunması qadağandır.

Sosial şəbəkə istifadəçilərin böyük əksəriyyəti deputatı Respublika qanunlarını, həmçinin Respublikanın dünyəvi dövlətin konseptlərini pozmaqda ittiham edir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti