İvanişvili Saakaşviliyə ultimatum verdi

İvanişvili Saakaşviliyə ultimatum verdi
  26 Fevral 2013    Oxunub:1962
Gürcüstanın baş naziri prezidentə səhvlərini düzəltmək üçün şans verdi.
Gürcüstanın baş naziri Bidzina İvanişli Prezident Saakaşvilini 2-3 gün ərzində öz konkret mövqeyini təsdiq etməyə çağırıb. Bu barədə məlumat baş nazirin prezidentə müraciətində qeyd olunub.

“Tərəfimdən konstitusiyaya edilmiş dəyişikliklər martın sonunadək parlamentdə səsə qoyulacaq. Məhz bu səsvermə hər şeyi həll edəcək. Istəyirsiniz mənim sözlərimi ultimatum, istəyirsiniz siyasi mənəm-mənəmlik kimi qəbul edin”-deyə Gürcüstanın baş naziri birmənalı olaraq bəyan edir-“ Kim bu düzəlişlərlə razıdırsa ölkədə fəaliyyətini davam etdirə bilər. Həmin şəxsə səhvlərini düzəltmək və siyasi gələcək əldə etmək şansı veriləcək. Etiraz edənlər ötən 9 il ərzində Sizin komandanızın üzvlərinin etdiklərinə görə siyasi məsuliyyət daşıyacaqlar və bir ömür boyu bu yüklə yaşayacaqlar. Şəxsən Sizə sonuncu təklifimi verirəm, qarşıdakı 2-3 gün ərzində konstitusion diktaturadan əl çəkib çəkməyəcəyiniz və parlamentin razılığı olmadan hökumət dəyişikliyinə qadağanı dəstəkləyib dəstəkləməyəcəyiniz barədə dəqiq mövqeyinizi bildirəsiniz. Sizin cavabınız ona görə vacibdir ki, sonradan guya konstitusiyaya düzəlişlərin tərəfdarı olduğunuzu deməyəsiniz . Eləcə də hazırda bəyan etdiyiniz kimi guya heç vaxt baş nazir olmaq istəmədiyinizi söyləyib xalqı çaşdırmayasınız...”-deyə baş nazirin prezidentə müraciətində bildirilir.


Teqlər:  





Xəbər lenti