Son məlumatlara görə, komandanın müdafiəçisi Alan Rusel və qapıçı Markoz Danilo qəzadan sağ çıxıb.
Qeyd edək ki, Kolumbiyada göyərtəsində 81 sərnişin olan təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Ən son məlumata görə, hadisə nəticəsində 15 nəfər xilas edilib. 66 nəfər isə həlak olub.
Qeyd edək ki, "Şapekoense" klubu noyabrın 30-da “Atletiko Nasional”la görüşməli imiş.
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki "Şapekoense" klubunun futbolçularından 2-si vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Bunlar Filipe Joze Maçado və Villiam Tieqo de Xesusdur.
Oxşar xəbər: Futbolçuları aparan təyyarə qəzaya düşdü - 66 ölü (VİDEOXƏBƏR)
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


