Tramp ailəsinin qorunmasına gündə 1 milyon xərclənir

Tramp ailəsinin qorunmasına gündə 1 milyon xərclənir
  22 Noyabr 2016    Oxunub:2754
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp və ailəsinin mühafizəsinə gündəlik 1 milyon dollardan çox vəsait xərclənir.
Bu barədə AzVision.az CNN-ə istinadən xəbər verir.

Prezidentin andiçmə mərasimi baş tutduqdan sonra bu məbləğin daha da artacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək.

ABŞ-ın yeni birinci xanımı oğlu Berronun təhsili başa çatdıqdan sonra Ağ Evə köçəcəyini qeyd edib.

Hazırda Tramp ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayır.

Qeyd edək ki, ABŞ prezidenti seçilən Donald Trampın and içmə mərasimi gələn il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti