Gülnarə Kərimova zəhərlənərək öldürülüb – Şok iddia

Gülnarə Kərimova zəhərlənərək öldürülüb – Şok iddia
  22 Noyabr 2016    Oxunub:49047
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimova öldürülüb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşına istinadən məlumat yayıb

Məlumata əsasən 44 yaşlı Gülnara Kərimova noyabrın 5-də zəhərlənərək öldürülüb. Bildirilib ki, o, Daşkənddə yerləşən “Minor” qəbiristanlığında dəfn olunub. Məzarı tanınmaması üçün yerlə-yeksan edilib.

Özbəkistan KİV-lərində G.Kərimova ilə bağlı kampaniya başlayıb. Vətəndaşlar tələb edirlər ki, bu məsələ ilə bağlı müvafiq qurumlar rəsmi açıqlama versin: “Əgər Gülnarə Kərimova sağdırsa, onu ictiamiyyət önünə çıxarın”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti