Mursinin ömürlük həbs cəzası ləğv olundu

Mursinin ömürlük həbs cəzası ləğv olundu
  22 Noyabr 2016    Oxunub:2269
Bu gün Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursi və onun yaxın ətrafından olan şəxslərin ömürlük həbs cəzasını ləğv edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Mursi və “Müsəlman qardaşları”nın üzvləri Fələstinin HƏMAS təşkilatının xeyrinə casusluq etməkdə ittiham olunurdu.

Məhkəmə prosesi Misir televiziyası ilə canlı yayımlanıb.

Qeyd edək ki, noyabrın 15-i Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib.

Xatırladaq ki, 2014-cü ildə Misir məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşları” hərəkatının daha 35 üzvünə ölüm hökmü verilməsi barədə qərar qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti