Trampın xanımı Ağ Evə köçməkdən imtina edib

Trampın xanımı Ağ Evə köçməkdən imtina edib
  21 Noyabr 2016    Oxunub:5361
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək.
AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.

O, həyat yoldaşının oğlu Berronun təhsili başa çatdıqdan sonra Ağ Evə köçəcəyini qeyd edib.

Hazırda Tramp ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayır.

Qeyd edək ki, ABŞ prezidenti seçilən Donald Trampın and içmə mərasimi gələn il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti