Obamanın modelyeri Trampın xanımına qarşı

Obamanın modelyeri Trampın xanımına qarşı
  19 Noyabr 2016    Oxunub:4183
ABŞ-ın birinci xanımı Mişel Obamanın paltarlarını tikən modelyer Sofi Telle yeni birinci ledi Melaniya Trampla işləməyəcək.
AzVision.az xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında açıq məktub paylaşıb:

“Mən növbəti birinci xanımı ilə əməkdaşlıq etmək və ya hər hansı şəkildə paltar tikmək istəmirəm. Seçkiqabağı kampaniya zamanı onun həyat yoldaşının çıxışında etdiyi irqçilik, ksenofobiya və seksizm həyatda əsas tutduğumuz dəyərlərə uyğun ritorika deyil”.

Sofi Telle, həmçinin bütün həmkarlarını Melaniya Trampla işləməməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti