Fransız deputat hirsini Azərbaycanın üstünə tökdü
Türk hökumətinin təhqir və tənqidlərinə məruz qaldığını, Youtube-da ünvanına söyüşlərlə dolu yüzlərlə video olduğunu söyləyən xanım deputat “Yaxşı ki, türkcə bilmirəm. Amma mənim və ailəmin ünvanına fransızca da xeyli təhdid mesajları almışam. Bir müddət polis nəzarətində yaşamalı olmuşam”deyib.
Xocalı qətliamı ilə bağlı heç nə söyləmək istəmədiyini deyən Valeri Boyer Qarabağın Azərbaycana rəğmən mövcud olduğunu iddia edib. Azərbaycanın neft və pul gücüylə dünya ictimaiyyətinə yalan informasiyalar sırıdığını deyən Boyer, Qarabağa getdiyi üçün Azərbaycanda “persona non-qrata” elan edildiyini xatırladıb.
8 il Macarstanda məhkum həyatı yaşayan azərbaycanlı zabit Ramil Səfərovun ölkəsində qəhrəman kimi qarşılanmasından hiddətlənən Boyer :”Qatili qəhrəman kimi qarşılayan bir dövlətin sözlərinə necə inana bilərsiniz?” sualını verib.