Hadisə səhər saatlarında baş verib. İçərisində 21 nəfər olan hava şarı Misirin paytaxtı Qahirədən 510 km məsafədə yerləşən Luksor şəhəri üzərindən keçərkən partlayıb və 300 metr hündürlükdən aşağı düşüb. Qəza qurbanlarının 20-nin turist olduğu bildirilir. Onlardan 9-u Honqkonq, 4-ü Yaponiya, 2-si Britaniya, 2-si isə Fransa vətəndaşlarıdır. Pilot və daha bir sərnişin isə Misir sakini olub.
Hazırda ölənlərin cəsədlərinin axtarışları davam etdirilir.