Gəncə sakini iki nəfəri bıçaqlayıb

Gəncə sakini iki nəfəri bıçaqlayıb
  24 Oktyabr 2016    Oxunub:1745
Gəncə şəhərində həmyerlisini bıçaqlayan şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 22-də naməlum şəxs tərəfindən Gəncə şəhər sakinləri Abdulla Paşayev və Şair Kərimov bıçaqlanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Paşayevi və Ş.Kərimovu bıçaqlayan şəxsin şəhər sakini Məcid Süleymanov olduğu müəyyən olunub. O, tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti