Ölkəni qadın idarə edəcək
O, Şimali Koreya hakimiyyətinə də səslənərək, onu nüvə ambisiyalarından əl çəkməyə çağırıb. "İnam yalnız dialoq və vədlərin yerinə yetirilməsi nəticəsində mümkün ola bilər.
Mən ümid edirəm ki, Şimali Koreya beynəlxalq normalara riayət edəcək və bu iki ölkə arasında etibarlı münasibətlərin qurulmasına kömək edəcək" - sitatın sonu. Qeyd edək ki, Pak Kın Xe mərhum prezident Pak Çon Xinin qızıdır.
O, ötən ilin dekabrında keçirilən seçkilərdə o minimal fərqlə qələbə qazanmışdı. Onun seçkiöncəsi vədləri arasında iqtisadiyyatın liberallaşdırılması, yeni iş yerlərinin yaradılması və Koreya yarımadasında təhlükəsizliyin səviyyəsinin artırılmasıdır.