Ata 26 yaşlı oğlunu bıçaqladı - Video

Ata 26 yaşlı oğlunu bıçaqladı - Video
  27 Sentyabr 2016    Oxunub:4075
Xaçmazda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az ARB Şimal-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb. Başından və bədənində bıçaq yaraları alan 26 yaşlı Əzizov Nizami Şirinbala oğlu təcili tibbi yardım vasitəsilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, xəsarət alan şəxs atası tərəfindən bıçaqlanıb.

Hazırda faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti