Bakıda dəhşətli qəza, qadının ayağı qopdu - VİDEO

Bakıda dəhşətli qəza, qadının ayağı qopdu - VİDEO
  14 Aprel 2016    Oxunub:4824
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AzVision.az-ın müxbirinin verdiyi məlumata görə, hadisə Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında qeydə alınıb. Yolu keçmək istəyən qadını motosiklet vurub.

Zərbənin gücündən qadının bir ayağı qopub. Piyadanın şəxsiyyəti hələ ki məlum deyil. Onu yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.

Hazırda yolun həmin hissəsində tıxac yaranıb.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti