“iPhone 6”dan 4 milyonluq rekord

“iPhone 6”dan 4 milyonluq rekord
  16 Sentyabr 2014    Oxunub:1713
ABŞ-ın Apple korporasiyasının təqdim etdiyi “iPhone 6” telefonlarının satışına görə rekord göstərici qeydə alınıb.
AzVision.az xəbər verir ki, “iPhone 6” satışa çıxarılan 24 saat ərzində 4 milyondan çox insan tərəfindən sifariş verilib.

Qeyd edək ki, “iPhone 6” -nın ilkin satış qiyməti artıq bəllidir. 4,7 düymlük ekrana malik iPhone 6 (16 geqabayt daxili yaddaşlı) Avropa ölkələrində 750 avrodan, 5,5 düym ekranlı iPhone 6 isə 950 avrodan satılacaq.

Şərqi Avropa ölkələrində isə 4,7 düym ekranlı iPhone 6 smartfonu 780 avroya, 5,5 düym ekranlı iPhone 6 isə 980 avroya satılacaq.


Teqlər:  





Xəbər lenti