“Türk əsgərləri” Ermənistanı bir-birinə qatdı

“Türk əsgərləri” Ermənistanı bir-birinə qatdı
  25 Aprel 2015    Oxunub:4917
Özünü “Türk əsgərləri” adlandıran “Turkhackteam” haker qruplaşması Ermənistana kiber hücumlar edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusunun Baş Qərargahının rəsmi saytı başda olmaqla bir neçə rəsmi sayt dağıdılıb.

“Turkhackteam”in açıqlamasına görə, Baş Qərargah, Enerji Nazirliyi, Mərkəzi Bank, Ermənistan elektron Dövlət portalı, Ermənistan Telekom, Ermənistan Bankı, ümumilikdə 6 dövlət idarəsinin rəsmi saytı dağıdılıb: “Qondarma soyqırım iddiaları davam etdiyi müddətdə kiber hücumlar davam edəcək. Başda Almaniya və Avstriya olmaqla “soyqırım”ı qəbul etdiyini deyən digər dövlətlərin rəsmi saytlarına da kiber hücumlarımız olacaq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti