“Seçkilər gərgin keçəcək” – Nazirlik rəsmisi

“Seçkilər gərgin keçəcək” – Nazirlik rəsmisi
  25 Noyabr 2014    Oxunub:1463
Qarşıdan gələn növbəti bələdiyyə seçkiləri çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək.
AzVision.az xəbər verir ki, bunun Milli Məclisin (MM) Regional məsələlər komitəsinin noyabrın 25-də keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə dilə gətirib.

Onun qeyd etdiyinə görə, çünki ölkədə bələdiyyələrin fəaliyyəti, bələdiyyələrin ildən-ilə nüfuzu artdıqca, gücləndikcə həmin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların da sayı artır:

"Heç təsadüfi deyil ki, hazırda bələdiyyələrdə bir yerə 3 nəfərin namizədliyi qeydə alınb. Ancaq kimlər ki, insanları inandıra biləcəklər, onlar bələdiyyələrə seçiləcək, təmsilçilik hüququ qazanacaqlar.

Eyni zamanda, bizim hazırda 5 illik fəaliyyətləri sona çatmaqda olan bələdiyyələrə arzumuz, tapşırığmız odur ki, bütün işləri-maliyyə məsələlərindən tutmuş digər məsələlərəcən onlara aid olan işləri yekunlaşdırsınlar ki, yeni seçiləcək bələdiyyələrə problem yaratmasınlar".


M. Səlimzadə onu da qeyd edib ki, ölkədə bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür:

"Məsələn, əhalinin seçkilərlə bağlı maarifləndirilməsi yönündə işləri Mərkəzi Seçki Komissiyası həyata keçirir. Həmçinin, maddi-texniki təhcizat məsələləri ən müasir standartlara uyğun şəkildə reallaşdırılır. Yəni, demək istəyirəm ki, ölkəmiz növbəti bələdiyyə seçkilərinə hazırdır".

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti