“Qarabağı “Yeni SSRİ”də görməyə şad olarıq” – Rusiyalı rəsmi

“Qarabağı “Yeni SSRİ”də görməyə şad olarıq” – Rusiyalı rəsmi
  30 Oktyabr 2014    Oxunub:2436
Biz Qarabağı Avrasiya İqtisadi İttifaqının (Aİİ) tərkibində görməyə şad olarıq.
AzVision.az-ın məlumatına görə, bu barədə Yerevanda jurnalistlərə açıqlamasında Ermənistan-Rusiya parlamentlərarası Komissiyanın sədri Nikolay Rıjkov bildirib.

Onun sözlərinə görə, əsas məsələ Qarabağın Aİİ-yə hansı statusda daxil olmasıdır: “Əgər Qarabağ Ermənistan torpağı olsa onda heç bir problem yoxdur. Siz qaydaları bilirsiniz: Həll edilməmiş problemi olan ərazilər ittifaqa qəbul olunmur. Qarabağ məsələsi həll edilən kimi, biz onu Aİİ-nin tərkibində görməyə şad olacayıq”, - deyə Rıjkov əlavə edib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-daMinskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Saziş imzalanan qədər Ermənistan rəsmiləri dəfələrlə Aİİ-yə Dağlıq Qarabağla birgə daxil olacaqlarını bildirirdilər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti