“Pilotlarının qaytarılması üçün hər şeyi edəcəyik” - Fransa

“Pilotlarının qaytarılması üçün hər şeyi edəcəyik” - Fransa
  21 Noyabr 2014    Oxunub:1929
Fransa həlak olunan pilotların cəsədlərinin Ermənistana geri qaytarılması üçün hər şeyi edəcək.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpante bildirib.

“Həm ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, həm də humanitar nöqteyi nəzərdən Fransa helikopterin vurulması zamanı həlak olunan üç pilotunun Ermənistana tələb olunmasını istəyir. Fransa bunun həyata keçirilməsi hər şeyi etməyə hazırdır”, - deyə Fransa səfiri bildirib.

Qeyd edək ki, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti