“Oğlum bir daha araq içməyəcək...” – İcra başçısının müavini

“Oğlum bir daha araq içməyəcək...” – İcra başçısının müavini
  30 Mart 2015    Oxunub:3935
“Oğlum mənə söz verdi ki, bir də spirtli içki içməyəcək”
Bunu AzVision.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov deyib.

O, oğlunun həbsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, bu əməlinə görə, oğluna ciddi xəbərdarlıq edib:

“Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etim. İçkinin ziyanları barədə ona tövsiyyələrimi bildirdim. O daha araq içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov mart ayının 22-də saat 16.00 radələrində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Ceyhun Səfərovun həbs müddəti martın 27-də başa çatıb və o, sərbəst buraxılıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti