“Kurtlar Vadisi Qarabağ” niyə çəkilmədi?

“Kurtlar Vadisi Qarabağ” niyə çəkilmədi?
  21 Noyabr 2014    Oxunub:9735
Türkiyənin tanınmış “Kurtlar Vadisi Pusu” serialının qəhrəmanı Necati Şaşmaz (Polad Alemdar) bir neçə il öncə ölkəmizə gələndə “Kurtlar Vadisi Qarabağ” filminin çəkiləcəyi haqda söhbətlər getdi.
O zaman serialın əsas qəhrəmanı Polad Alemdar mətbuata açıqlamasında Azərbaycana gəlməzdən öncə ona “Kurtlar Vadisi Pusu”nun bir seriyasının Qarabağla bağlı çəkilməsi təklifinin verildiyini demişdi. Həmin filmdə Xocalı faciəsi daha çox qabardılacaq və bununla da dünyaya bu faciə daha geniş çatdırılacaqdı.

“Kurtlar Vadisi Qarabağ” filminin çəkilməsi haqqında söhbətlərdən bir neçə il vaxt keçməsinə baxmayaraq, hələ də bu film çəkilməyib.

Azərbaycan Milli Məclisinin keçmiş deputatı, Necati Şaşmazla dostluq əlaqələri olan Əkrəm Abdullayev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, həmin vaxtdan indiyədək onların heç bir əlaqəsi olmayıb.

“Həmin filmin çəkilib-çəkilməyəcəyi barədə heç nə deyə bilmərəm. Hazırda o işlərdən uzaqlaşdığım üçün heç bir məlumatı yoxdu. Bu işlə məşğul olmuram”-deyə keçmiş deputat vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti