“JEK” müdirləri “zibilə düşdülər”

“JEK” müdirləri “zibilə düşdülər”
  26 Noyabr 2014    Oxunub:2419
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Deportamenti ilə birlikdə keçirdiyi tədbirlər zamanı Yasamal rayonundakı «Qanlı göl» adlanan ərazidə zibilliklərin yaranmasına, məişət tullantılarının qalaqlanmasına şərait yaratdıqlarına görə Rayon İcra Hakimiyyətinin 22 və 64 saylı Mənzil Kommunal İstismar sahələrinin rəisləri Məhəmməd Hüseynov və Rafiq Novruzov İnzibati Xətalar Məcəlləsinin mövafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.
DİN-in mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Suraxanı rayonunda fəaliyyət göstərən «Zığ» gil yatağının cənub hissəsinə, Yasamal rayonunda isə «Qanlı göl» ərazisinə məişət və bərk tullantılar boşaltdıqlarına görə «Kamaz», «HOWO», «QAZ-3507» markalı yök avtomaşınların sürücüləri Rauf Məmmədov, Anar Mikayılov, Söcəddin Xurşudov Azad Musayev və Kənan Hüseynquliyev İnzibati Xətalar Məcəlləsinin mövafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Eləcə də məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə Sabunçu rayon sakini Mirqədir Əzimov, Binəqədi rayon sakini Məhiyəddin Balakişiyev, Xətai rayon sakini Mirhüseyn Sadıqov, Yasamal rayon sakini Rahil Məmmədov, Abşeron rayon sakinləri Təzəgül Ağayeva, Mirzəli Məmmədov, İlham Həmidov barəsində İnzibati Xətalar Məcəlləsinin mövafiq maddəsi ilə protokollar tərtib olunub.

Ümumilikdə, cari ilin ötən dövrü ərzində məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına, sanitariya-gigiyena qaydalarına riayət etmədiklərinə görə 2885 vətəndaş polis orqanları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Hazırda bu sahədə tədbirlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti