“İsrailə 80 min raket atarıq” – İranlı general

“İsrailə 80 min raket atarıq” – İranlı general
  21 May 2015    Oxunub:2918
İranlı general-mayor Yəhya Rəhim Səfəvi İsraili Təl-Əviv və Hayfa şəhərlərinə 80 mindən çox raket buraxmaqla hədələyib.
Bu barədə AzVision.az “Fars” agentliyinə istinadən xəbər verir.

“İran – qüdrətli dövlətdir. O,sionist rejimə və ABŞ-a sarsıdıcı cavab olacaq”, - deyə Səfəvi bildirib.

Onun sözlərinə görə, İranın bir çox hərbi imkanları hələ də gizli olaraq qalır.

Səfəvinin bu bəyanatı İsrail müdafiə naziri Moşe Yaalonnın mayın əvvəlində Qüdsdə etdiyi çıxışa cavabdır. “Demokratiya İran kimi təhlükələrlə effektiv mübarizə apara bilərmi?” sualına müdafiə naziri cavab olaraq özünümüdafiə məqsədi ilə İsrail “müəyyən addımlar” ata bilər. Nümunə kimi müdafiə naziri ABŞ prezidenti Harri Trumanın Hirosima və Naqasakini bombalamaq barədə qərarını göstərib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti