“İran ordusu regionda sülhün qarantıdır” – Ruhani

“İran ordusu regionda sülhün qarantıdır” – Ruhani
  18 Aprel 2015    Oxunub:1293
İran nüvə enerjisinin inkişafı məsələsində götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəcək və nüvə proqramı ilə bağlı yekun razılığın əldə olunması üçün danışıqları davam etdirəcək.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani Tehranda Milli ordu günü ilə bağlı keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

“Bizim silahlı qüvvələrimiz regionda sülhün saxlanılması və möhkəmləndirilməsinin qarantıdır. Ölkənin silahlı qüvvələri regionda ən böyük qüvvədir, lakin onların məqsədi silahsız əhaliyə qarşı təcavüz deyil, təhlükəsizliyin qorunmasıdır. Bu mənada silahlı qüvvələrimiz digər dövlətlər üçün nümunədir”, - Ruhani çıxışı zamanı vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti