“Forsaj 7”dən 1 milyard dollarlıq rekord - VİDEO

“Forsaj 7”dən 1 milyard dollarlıq rekord - VİDEO
  18 Aprel 2015    Oxunub:3098
“Forsaj 7” filmi dünya kinoteatrlarında 1 milyard dollardan çox gəlir götürüb.
Bu barədə AzVision.az “The Hollywood Reporter”ə istinadən xəbər verir.

Bu nəticə ilə “Forsaj 7” dünya kino tarixində növbəti rekorda imza atıb.

Daha əvvəl “Avatar” və “Harri Potter və ölüm hədiyyələri” filmləri analoji məbləği 19 gün ərzində əldə etmişdi.

“Forsaj 7” filmi həmçinin “Universal” studiyasının 1 milyard dollardan çox gəlir əldə edən ilk filmidir. Hesablamalara əsasən film ümumilikdə öz yaradıcılarına 1,4 milyard dollar gəlir gətirə bilər.



Filmin ən həyəcanlı səhnələrdən birində filmin qəhrəmanları – aktyorlar Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceyson Stethemin oynadıqları personajların Azərbaycana gəldiyi məlum olacaq. Filmin təxminən ortalarında baş verəcək hadisələr zamanı Vin Dizel və onun “ailəsi” paraşütlərin bərkidildiyi avtomobillərlə havada olan təyyarədən yerə- Azərbaycana atılacaqlar.

Bundan sonra filmin qəhrəmanları Azərbaycan yollarında zirehli avtobusda qaçmağa çalışan cinayətkarları izləyir və onlar arasında amansız mübarizə başlayır. Filmdə bu hadisələrin Azərbaycan dağlarında, yollarında cərəyan etdiyi göstərilir.

Filmin çəkilişlər ABŞ-ın Corciya, Kolorado ştatları, Dubay və Tokioda aparılıb. Azərbaycanda baş verəcək hadisələr Kolorado ştatında çəkilib. Filmin büdcəsinin 250 milyon dollar olduğu bildirilir.

Rejissor Ceyms Vanın çəkdiyi filmdə Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceysom Stetem oynayırlar. 7-ci film eyni zamanda iki hissənin davamıdır: `Forsaj 6` və `Forsaj 3: Tokio drifti`. Belə ki, 3-cü hissədə öldürülən məşhur qanqsterin qardaşı Dekkard Şou (Ceyson Stetem) Dominik Toretonun dəstəsindən qisas almağa çalışır.

Film əslində ötən ilin iyulunda ekranlara çıxmalı idi, amma Pol Uokerin qəfil ölümü ssenarini təzədən işləməyə vadar etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti