“Brexit” nefti ucuzlaşdırmaqda davam edir

“Brexit” nefti ucuzlaşdırmaqda davam edir
  27 İyun 2016    Oxunub:2356
Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra "Qara qızıl"ın qiymətlərində azalma davam edir.
AzVision.az "Bloomberg"ə istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar azalaraq 47,46 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,04 dollar azalaraq 48,37 dollar olub.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.39 dollar bahalaşaraq 51.05 dollar təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti