“Biz ağac kəsmirik, əkirik” - NAZİR

“Biz ağac kəsmirik, əkirik” - NAZİR
  23 Aprel 2014    Oxunub:1064
Gənclər və idman naziri Azad Rəhimov şəhərin bəzi yerlərində kəsilən ağacların Avropa Olimpiya oyunları ilə bağlanmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin təmir işləri apardığı heç bir ərazidə ağac kəsilmir:

“Heydər Əliyev adına İdman və Konsert Kompleksində təmir işləri aparılır. Orada ağac kəsilmir. Bulvarda, Əl Oyunları İdman Sarayında təmir aparılır. Orada da təmir gedir və ağac kəsilmir. Crystal Hallda ağac kəsilmir, əksinə ağac əkilir. Stend atıcılığı Avtovağzalın arxasında yerləşir ki, həmin ərazi səhraya bənzəyir, amma bir müddət sonra orada gözəl park olacaq, ağaclar əkiləcək. Bundan başqa Böyük Şor neft gölü idi, əvəzində park salınır, ağac əkilir”.
Nazir məsələyə münasibət bildirərkən bu kontekstə məlumat yayanları tənqid edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti