“Bakubus” sərnişinlərə müraciət etdi
“Fotodakı bu düymə qəza çıxışının düyməsidir. Ondan ancaq qəza zamanı və ya fövqaladə bir hadisə baş verərsə istifadə etmək tələb olunur. Bəzi sərnişinlər sürücünün dayanacaqdan kənar saxlamadığını gördükdə acıq edərək işıqforda bu düyməni basır. Düymə basılanda qapılar avtomatik sıxılaraq açılır və qapı açıq olduğu müddətdə sürücü avtobusu hərəkətə gətirə bilmir. Məcbur olur ki, düşsün və qapını əvvəlki vəziyyətinə bərpa etsin. Nəticədə həm vaxt itkisi, həm də arzuolunmayan mübahisəyə yol açılır.
Sərnişinlərin bütün istəkləri nəzərə alınır. Ancaq bu istəklər qaydalara və standartlara ziddirsə, heç bir halda qəbul edilə bilməz. Dünyanın heç bir ölkəsində avtobus evimizin yaxınlığına qədər bizi daşımır”.
Teqlər: