“Apple” dünyanın ən ekoloji şirkətidir

“Apple” dünyanın ən ekoloji şirkətidir
  16 Aprel 2014    Oxunub:1119
“Greenpeace” şirkətindən bildiriblər ki, “Apple” yalnız ən zəngin, ən nüfuzlu və ən bahalı şirkət deyil, həm də ən ekoloji şirkətdir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “Apple” bərpa olunan enerji mənbələrindən aktiv istifadə edir, torpağa ziyan vurmur, öz fəaliyyətinin mənfi nəticələrini minimuma endirir.

Bu halda sənayenin başqa iştirakçılarından heç biri “Greenpeace”dən maksimal təsdiq almağa müvəffəq olmayıb.

“Facebook” və “Yahoo” şirkətləri “zərərli” enerji mənbələrinin (kömür, qaz və hətta nüvə yanacaqları) minimal istifadəsi nəticəsində “Apple” şirkətinə yaxınlaşmağa müvəffəq olublar.


Teqlər:





Xəbər lenti