Məhəmməd Əlinin 80 milyonluq mirası kimə qalacaq?

Məhəmməd Əlinin 80 milyonluq mirası kimə qalacaq?
  07 İyun 2016    Oxunub:27536
Əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişəndən sonra onun 80 milyon dollarlıq mirasının aqibəti hamını maraqlandırır.
M.Əli xəstəxanaya yerləşdiriləndə onun övladları dünyanın müxtəlif yerlərindən atalarına baş çəkməyə gəldilər. Ailənin mətbuat katibi boksçunun bütün övladlarının bir-birinə dəstək olduqlarını və ataları üçün dua etdiklərini bildirdi. Onların bu birliyinin iyunun 10-da dəfn mərasimindən sonra davam edib-etməyəcəyi də maraq doğurur. Ortada olduqca böyük bir miras var.

Boksçunun ikinci evlilikdən bir oğlu da var - 44 yaşlı Məhəmməd Əli (kiçik). Oğlu son iki ildə atası ilə görüşmədiyini və bunun üçün bütün cəhdlərinin nəticəsiz qaldığını bildirib. Onun 2004-cü ildən atasından yardım almadığı və Çikaqoda maddi sıxıntılar içində yaşadığı deyilir.

Kiçik M.Əli atası ilə münasibətlərinin pozulmasına əfsanəvi boksçunun həyat yoldaşı Luninin səbəb olduğunu və var-dövlətdən kənarlaşdırıldığını iddia edir.

Xatırladaq ki, 4 dəfə ailə həyatı quran M.Əlinin 7 qızı və biri övladlıq olmaqla iki oğlu var.

Qeyd edək ki, şənbə günü dünyasını dəyişən boksçunun nəşi anadan olduğu Luisvill şəhərinə (Kentukki ştatı) gətirilib. (Trend)

AzVision.az


Teqlər:  





Xəbər lenti