Yanan bina: Faciədən 1 il sonra (FOTOLAR)

Yanan bina: Faciədən 1 il sonra (FOTOLAR)
  19 May 2016    Oxunub:19003
Bakının Binəqədi rayonunda yaşayış binasında dəhşətli yanğın hadisəsinin baş verməsindən 1 il ötür.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə ilə bağlı başlanmış cinayət işi üzrə binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs ediliblər.

Anım günü münasibəti ilə faciə qurbanlarının ruhu yad edilib.

AzVision.az yanan binanın hazırkı görüntülərini təqdim edir:













Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:  





Xəbər lenti