Ohanyandan müharibə mesajı, Azərbaycan silahlanır

Ohanyandan müharibə mesajı, Azərbaycan silahlanır
  05 May 2016    Oxunub:5455
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Mayın 4-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Ermənistan “DQR”i tanımaqdan imtina edir

“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil. Bunu İrəvanda Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

***

`Əgər bu təxribat həyata keçirilərsə...` - İrəvana xəbərdarlıq

Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Ermənistan Respublikasının hökuməti mayın 5-də “Dağlıq Qarabağın müstəqilliyinin tanınması” adlandırılan qanun layihəsini nəzərdən keçirmək niyyətindədir.

***

Cəbhədəki döyüşlər zamanı Xaçaturov bilyard oynayırmış...

Ermənistanın “Lragir.am” saytının baş redaktoru Aykazn Qaqriyan cəbhədəki son hadisələri təhlil edib.

***

Sumqayıt qatarı daşa basıldı - 2 azyaşlı tutulub

Bəzi şəxslər Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ikimərtəbəli elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

***

Erməni baş nazirin xərçəng monopoliyası

Ermənistanda xərçənglərin saxlanılması və satılması monopoliyası baş nazir Ovik Abramyanın kurasiyasındadır.

***

Ağdaşdan deputatlığa namizəd olanların ADLARI

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak etmək üçün 6 nəfər deputatlığa namizədliyini irəli sürüb.

***

Rusiya Ərdoğana Osmanlının sonun xatırlatdı

Türkiyə rəhbərliyi Osmanlı İmperiyasını bərpa etməyi arzulayır, lakin onlar imperiyanın necə süqut etdiyini unudurlar. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.



Azərbaycanda səfərbərlik gözlənilmir - Rəsmi açıqlama

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) ehtiyatda olan hərbi qulluqçuların yenidən hərbi xidmətə çağırılması ilə bağlı bəzi KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirilib.

***

Yuanın vəziyyəti `Kitayski`dir - 10 ayda 6-cı devalvasiya

Çinin Xalq Bankı bu gün milli valyuta kursunu – yuanın dollara olan məzənnəsini 0,58% aşağı salıb.

***

Azərbaycan dolma ilə bağlı UNESCO-ya müraciət edəcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlayır.

***

Gümrüdə kütləvi dava: Ölən və yaralı var

Ermənistanın Gümrü şəhərində kütləvi dava olub.

***

Əhalinin 97 faizi hərbi əməliyyatları dəstəkləyir - SORĞU

"ACT Azərbaycan" araşdırma şirkəti aprelin 2-5-də cəbhə xəttində baş verən münaqişə ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.



BBC-nin cəbhədən hazırladığı reportaj - VİDEO

Böyük Britaniyanın BBC telekanalı cəbhəyanı zonada çəkilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.

***

`Rusiya və Türkiyə bir-birinə lazımdır` - Davudoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya ilə münasibətlərinin normallaşmasından danışıb.

***

Ermənistan `çirkli bombalar` hazırlayır - `Washington Times`

“Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində “Çirkli bombalar” hazırlaması barədə məlumatlar var”. Bu barədə Begin-Sadat Mərkəzinin və Bar Ilan Universitetinin eksperti Aleksandr Marinsonun ABŞ-ın “The Washington Times” qəzetində çap olunan məqaləsində deyilir.

***

`Cəbhə bölgəsində gərginlik davam edəcək` - Əli Həsənov

Nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayıb, işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik biz istəsək də, istəməsək də davam edəcək. Bunu Azərbaycan Repsublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib.

***

Türkiyə üçün tarixi gün – Avropa vizanı ləğv etdi

Avropa İttifaqı Komissiyası Türkiyə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə vizasız gedə bilməsi haqda qərar qəbul edib.



Cəbhədə yaralanan baş leytenanta süni göz köçürüləcək

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Müsavi Kamilə yeni protez ayaq qoyulub. Bu barədə Kamil Müsəvi özü məlumat verib.

***

Ağalarov Trampı təriflədi: `O, heç vaxt uduzmur`

Azərbaycanlı bəstəkar-müğənni, tanınmış iş adamı Emin Ağalarov ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə real namizəd olan Donald Trampın İndiana ştatında ilkin seçkilərdə qalib gəlməsinə münasibət bildirib.

***

Ohanyanın Qarabağla bağlı gizli görüşü

Ermənistan Milli Məclisində müdafiə naziri Seyran Ohanyan və deputatların qapalı görüşü keçirilib.

***

`Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik` - Məmmədyarov

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Viseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə çıxış edib.

***

Rusiya yararsız silahları Ermənistana verir - MN

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirib.

***

Prezident yenidənqurma işləri ilə tanış oldu - FOTOLAR
Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub.



İlham Əliyev dayanacağın açılışında - FOTOLAR

Bakının 8-ci Kilometr qəsəbəsində çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

***

`Hədəflər böyükdür` - Vüsal Hüseynov

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirilən iqtisadi islahatların, proqramların icra vəziyyətinin təhlili, monitorinqi və qiymətləndirilməsini həyata keçirəcəkdir”. Bunu Mərkəzin Müşahidə Şurasının üzv, Milli Məclisinin deputatı Vüsal Hüseynov deyib.



Azərbaycanda `ASAN Kommunal` mərkəzləri yaradılır - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

***

Məmmədyarov erməni jurnalistin təxribatçı sualına cavab verdi

"Vişeqrad qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşünün yekununda mətbuat konfransı keçirilib.

***

Azərbaycanda kriminal avtoritet tutuldu

Salyanda “Tağı Salyanski” ləqəbli avtoritet saxlanılıb.

***

`Qarabağla bağlı görüş keçiriləcək` - Lavrov

Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş planlaşdırılır.

***

“Semaşko”nun baş həkimi işdən çıxarıldı

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə işdən çıxarılıb.



Cəbhədə işlənmiş silahların əvəzinə yeniləri yığılır - FOTOLAR

Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

***

Moskvanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi

Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı haqda xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək.

***

Lavrovun Qarabağla bağlı çıxışına XİN-dən reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanıması barədə qanun layihəsinin müzakirəyə çıxarılmasından təşvişə düşmək üçün əsasın olmadığı haqqında açıqlamasını bölüşür və təqdir edir.

***

`Cəbhədə istənilən hadisə baş verə bilər` - Ohanyan

“Cəbhə xəttində vəziyyət gərgindir və istənilən vaxt istənilən hadisə baş verə bilər”. Bu barədə jurnalistlərə açıqlmasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

***

Tanınmış meyxanaçı narkotiklə tutuldu

Məşhur meyxanaçı Mahir Cürət Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

***

Lələ təpə əməliyyatının qəhrəmanları: `Düşməni məhv etdik`

Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyinin düşməndən alınmasında xidməti olan hərbçilərlə media nümayəndələrinin görüşü keçirilib.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti