Azərbaycanda 13 minə yaxın ailə dağılıb

Azərbaycanda 13 minə yaxın ailə dağılıb
  13 Aprel 2016    Oxunub:2595
“Respublika üzrə qeydiyyat orqanlarında 2014-cü ildə 85 747 nikah, 12 290 boşanma, keçən il isə 68 985 nikah, 12 886 boşanma qeydə alınıb”.
AzVision.az xəbər verir ki, bunu Nərimanov rayonunun Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova Milli Məslisdə "Ailə institununun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.

Şöbə rəisi bildirib ki, boşananların sayının statistikası rəsmi nikaha girməyin vacibliyini bir daha aşkara çıxarır:

“Aydındır ki, dini nikahla ailə quranlar ayrılarkən hüquqi müstəvidə ciddi porblemlərlə üzləşirlər. Xüsusilə də mülkiyyət münasibətlərinin aydınlaşdırılması zamanı ciddi anlaşılmazlıqlar, mübahisələr, məhkəmə çəkişmələri meydana çıxır. Ailə münasibətlərinin rəsmi nikah əsasında qurulması həm də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məaqamların dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan rəsmi nikaha girməklə yanaşı, nikah müqaviləsinin imzalanmasının əhəmiyyətini də xüsusi qeyd etmək lazım gəlir”.

S.İsmayılova qeyd edib ki, bəzən belə fikirlər səsləndirilir ki, nikahın rəsmiləşdirilməsi, eləcə də nikah müqaviləsinin imzalanması guya ülvi, saf duyğuların maddiləşdirilməsi, gələcəyin ailəsində inamsızlıq və şübhə simptomlarının baş qaldırması deməkdir:

“Əslində isə bu məsələyə hüquqi və sosial reallıqlar prizmasından yanaşmaq düzgündür. Ölkədə bəzi hallarda gəlinin mənzilə, evə qeydiyyata düşməməsi yaşayış və mülkiyyət hüququ əldə edə bilməməsi üçün bəzən onun öz həyat yoldaşı ilə rəsmi nikaha girməsinə belə problemlər yaradılır. Nikah müqaviləsi imzalamağı milli mentalitetə sığışdırmayanlar bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişirlər”.

Şöbə rəisi eyni zamanda, ailə quranlar arasında rəsmi nikahın olmamasının əsas səbəblərdən birini məhz erkən nikahlar olduğunu xatırladıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti