Bağçada körpənin döyülməsi ilə bağlı Açıqlama

Bağçada körpənin döyülməsi ilə bağlı Açıqlama
  25 İyun 2015    Oxunub:4920
Azərbaycanda uşaq bağçalarından birində azyaşlı körpənin vəhşicəsinə döyülməsini əks etdirən kadrlar yayılıb.

Hadisənin konkret olaraq nə zaman və hansı uşaq bağçasında baş verdiyi məlum deyil. Yayılan görüntülərdən qadının Azərbaycan dilində danışdığı da aydın eşidilir.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, artıq bu məsələ ilə bağlı araşdırma başlanıb və Bakı merinə məlumat verilib.

“İlkin qərara gəlinib ki, bu hadisə 2014-cü ildə İran bağçalarından birində baş verib. Çünki, yerə salınan xalçalardan, tərbiyəçinin geyimindən belə nəticəyə gəlmək olar ki, videoda görünən bağça bizim deyil. Bakıda bütün bağçalarda azyaşlılar hamısı eyni geyimdə olurlar. Həmin müəssisədə isə uşaqlar ayrı-ayrı geyimdədirlər. Onu da öyrəndik ki, İranda həmin qadın məhkəməyə verilib və mühakimə olunub”.

BŞİH rəsmisi onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, araşdırma aparılır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti