Pivə içən yüz il yaşayar - Dəyərli məsləhətlər

Pivə içən yüz il yaşayar - Dəyərli məsləhətlər
  17 İyul 2014    Oxunub:1923
İtaliya təkcə Avropa sivilizasiyasının beşiyi, dahilərin vətəni və xəritədə ayaqqabıya oxşayan ölkə deyil, həm də müdrik xalq deyimlərinin mənbəyidir.
AzVision.az onlardan bir neçəsini təqdim edir:

Oyun bitəndə şah da piyada da eyni qutuya qoyulur

İntiqam elə yeməkdir ki, onu soyuq yemək lazımdır

Yüz il qoyun kimi yaşamaqdansa bir gün aslan kimi yaşa

Qonaq balıq kimidir, 3 gün sonra iylənir

Həyat yeni il yolkası kimidir, həmişə oyuncağı sındıran tapılar.

Tanrım, məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam

Özünü tanıyan dünyanı tanıyır

Əgər sən istəyirsənsə, mümkün olmayan heç nə yoxdur

İnsanları onlar haqqında danışılanlara əsasən mühakimə etməyin

Dünya səbr edənlərindir.

Əgər yalan deyirsənsə, qısa danış

Vaxtaşırı axmaqlara qulaq asmağı öyrən. Çünki onların dediklərində dəyərli nə isə ola bilər, amma heç vaxt mübahisə etmə.

Üzərində qələbə çaldığını düşündüyün düşmən təhlükəlidir.

Qadınla mübahisə etməyin iki yolu var, amma heç biri işə yaramır.



Yaxşılıq olmayan gözəllik boyad şərab kimidir.

Eşşək kimi doğulan at kimi ölə bilməz.

Qiymətləndirilməyini istəyirsənsə, öl.

Arvad və at alanda, gözlərini yum və allaha etibar elə.

Cənnətdə olsa belə heç kim tənha olmaq istəmir

Qadından başqa hər şey Allahdandır.

Heç bir iş görməməklə pis işləməyi öyrənirsən.

Eşqi, yanğını və öskürəyi insanlardan gizlətmək olmur.

Eşq savaşında tərk edən tərəf qalib gəlir.

Pivə içən yüz il yaşayar

Şərab və dostluq, əgər onlar köhnə deyilsə, onda bir qəpiyə belə dəymir



Pulun olmağı kifayət deyil, gərək onu xərcləməyi də bacarsan

Sizin yalnız əsl dostunuz üzünüzün palçığa batdığını deyər

Problem sənə toxunmadıqca, ona toxunma

Ümid səhər yeməyi üçün yaxşı, axşam yeməyi üçün isə pisdir.

Çayın dərinliyini iiki ayaqla birdən yoxlamayın.

Getdiyin ölkənin adətlərinə uyğun davran

Xoruzun susub toyuğun banladığı hində sülh ola bilməz

Yad məsləhəti ya qəbul və ya rədd et, amma öz fikrindən heç vaxt dönmə

Doğru yol heç vaxtuzun olmur.

İnsanın dəyəri bildiyi dillərin sayı qədərdir

İlk dəfədən yaxşı görülən iş yaxşı işdir.

Qara toyuq da ağ yumurtlayır.

Nəyinsə kifayət qədər olması, çox olmaqdan yaxşıdır

Allah susanlarla danışmağı sevir

İnsan illəri kitablardan daha çox dəyişir

Qismətində olanı heç kim əlindən ala bilməz

hazırladı: Fatimə Kərimli
mənbə: AdMe.ru



Teqlər:





Xəbər lenti