"Dövlət Təhlükəsizliyi Xidməti 100-ə yaxın xüsusi xidmət orqanı ilə tərəfdaşlıq edir"

   "Dövlət Təhlükəsizliyi Xidməti 100-ə yaxın xüsusi xidmət orqanı ilə tərəfdaşlıq edir"
  28 Mart 2024    Oxunub:1106
"Hazırda rəsmi Paris tərəfindən Ermənistanda yeni hərbi missiya yaradılması açıq şəkildə Ermənistanı yeni müharibəyə təhriketmə niyyətlərindən xəbər verir".
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı söyləyib:

"Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən hazırda dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada əsaslanan mövcud tərəfdaşlıq münasibətləri məhz xaricdən qaynaqlanan təhdidlərin neytrallaşdırılması - beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir".

O həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi məsələsinə toxunaraq deyib:

"İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları, o cümlədən
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əldə olunan
razılaşmanı həzm edə bilməyən Fransa və bəzi qərb dövlətlərinin bu dəfə başqa taktika
seçdiyi müşahidə olunur. Hazırda rəsmi Paris tərəfindən Ermənistanda yeni hərbi missiya
yaradılması açıq şəkildə Ermənistanı yeni müharibəyə təhriketmə niyyətlərindən xəbər
verir".


AzVision.az


Teqlər: DTX   yubiley   tədbir  





Xəbər lenti