Polşa Ukraynaya 14 min litr meyvə şirəsi qaytarıb

Polşa Ukraynaya 14 min litr meyvə şirəsi qaytarıb
  27 Aprel 2024    Oxunub:955
Polşanın şərqindəki Bialistok şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının keyfiyyət müfəttişliyi ümumi həcmi 14,29 min litr olan 16 partiya Ukrayna istehsalı olan meyvə şirələri və nektarların bu ölkəyə geri qaytarılması barədə qərar qəbul edib.
Bu barədə Interia.pl portalı məlumat yayıb. Belə ki, şirələrin və nektarların Ukraynaya qaytarılması barədə qərar “tərkibində şəkərin az olması və məhsulun düzgün təyin edilməməsi səbəbindən” verilib.

Aprelin əvvəlində Lyublin şəhərinin ərzaq məhsullarının keyfiyyətinə nəzarət xidməti Ukraynada istehsal olunan ümumi çəkisi 8482 kq olan üç partiya dondurmanı satışdan çıxarmışdı.

Qərar dondurmanın Polşaya daşınması zamanı bütün partiyanın əriməsi və dadını itirməsi ilə əlaqədar olaraq qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti