Şəkidə yeniyetmə xəstəxanada dünyasını dəyişib

   Şəkidə yeniyetmə xəstəxanada dünyasını dəyişib
  18 Mart 2024    Oxunub:653
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki,bu gün axşam saat 18:00 radələrində 2011-ci il təvəllüdlü Şəki şəhər sakini Tunar Asim oğlu Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Həkimlərin səyinə baxmayaraq, saat 19:20-də burun və ağızdan naməlum səbəbdən qanaxmadan dünyasını dəyişib.

Onun son iki gün ərzində bədən temperaturunun yüksək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə  





Xəbər lenti