Ötən həftə 202 partlamamış sursat zərərsizləşdirilib

   Ötən həftə 202 partlamamış sursat zərərsizləşdirilib
  18 Mart 2024    Oxunub:619
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, martın 11-dən 17-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 31, tank əleyhinə 7 mina və 202 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1394.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti