Salyanda balıqçını "tok" vurdu

   Salyanda balıqçını "tok" vurdu
  17 Mart 2024    Oxunub:755
Salyanda balıqçını ov edən zaman tilovun elektrik naqilinə ilişməsi nəticəsində cərəyan vurub.
AzVision.az xəbər verir ki, hadisə səhər saatlarında Salyan rayonu Yenikənd ərazisində qeydə alınıb.

Lənkəran sakini Orxan Babayev kənd ərazisində Anazığlı adlandırılan kollektorda balıq ovu edərkən tilov elektrik naqilinə ilişib və cərəyan həmin şəxsi vurub.

Orxan Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti