Nazirlər Kabinetində sahibsiz heyvanlarla bağlı müşavirə
“Bu məsələnin həllində aparıcı ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır. Azərbaycan ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmalı, onlar peyvənd olunmalı, yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir”.
Müşavirədə problemin köklü həlli üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasının, bu məsələyə mətbuatın da geniş cəlb olunmasının vacibliyi vurğulanaraq aidiyyati qurumlara müvafiq tapşırıqlar verilib.
Bu yaxınlarda Sumqayıt şəhərində sahibsiz itin dişləməsi nəticəsində azyaşlı uşağın həlak olmasına toxunan Baş nazirin müavini bildirib ki, bu məsələ ciddi araşdırılmalıdır.
Sonda məsələnin ciddiliyi nəzərə alınaraq onun nəzarətə götürülüb həll olunması üçün təkliflər paketinin hazırlanması, profilaktik tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
AzVision.az
Teqlər: Nazirlər-Kabineti Əli-Əhmədov