28 rayonun su problemi həll olunacaq

28 rayonun su problemi həll olunacaq
  23 Avqust 2017    Oxunub:1979
Prezident İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, dəyişikliklərə əsasən sərəncamın 1-ci hissəsində “22” rəqəmləri “28” rəqəmləri ilə, “267” rəqəmləri “271” rəqəmləri ilə əvəz edilir:

"Əhalinin içməli su ilə təmin edilməsi məqsədilə 28 rayonun 271 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın".

Prezident İlham Əliyevin cari il martın 17-də imzaladığı sərəncamda 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsi qeyd olunmuşdu.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti