Ağsu rayonunda yanğın

Ağsu rayonunda yanğın
  23 Avqust 2017    Oxunub:1374
Ağsu rayonunda yanğın başlayıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Nüydü və Kalva kəndlərində dağlıq ərazidə kol-kos və quru ot yanması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

AzVision.az


Teqlər: Ağsu  





Xəbər lenti