Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  23 Avqust 2017    Oxunub:1385
Xəzər rayonunda dənizdə çimərkən batma təhlükəsilə üzləşən 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 13:21-də başa çatıb.​

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti